30 Mart 2015 00:40
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 23-24-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 15-ci Monitorinq Görüşü keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.xom-a verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının OECD təşkilatının Antikorrupsiya Şəbəkəsi üzrə milli koordinatoru, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Monitorinq görüşü zamanı OECD təşkilatı çərçivəsindəAntikorrupsiya Şəbəkəsinə üzv olan bir sira dövlətlərin III raund qiymətləndirilməsinə dair hesabatların məruzəsi, ölkəmizin dövrü hesabatın dinlənilməsi, habelə Antikorrupsiya Şəbəkəsinin IV raund üzrə yeni proqramının müzakirəsi həyata keçirilib.

Tədbirdə çıxış edən K.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan genişmiqyaslı tədbirlər barədə, o cümlədən OECD təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verib.

Eyni zamanda Azərbaycan tərəfi təşkilatın Antikorrupsiya Şəbəkəsinin IV raund üzrə yeni proqramının müzakirəsində fəal iştirak edərək, ölkəmiz üçün zəruri olan bir sıra məsələlərin proqramın layihəsinə daxil edilməsinə nail olub.

Göstərilən məsələlər ətrafında aparılan müzakirələr zamanı görüş iştirakçıları tərəfindən Azərbaycan Respublikasının brendi hesab edilən ASAN xidmət mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində ən uğurlu layihələrdən biri kimi dəyərləndirilib.

Bundan başqa, 2014-cü ilin noyabr ayında Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv və iştirakçı ölkələrin Assambleyasının Bakı şəhərində keçirilmiş 3-cü sessiyası zamanı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ilə Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa Bürosunun (OLAF) və Korrupsiyaya qarşı Avropa Tərəfdaşları (EPAC) şəbəkəsinin rəhbəri Covanni Kessler arasında aparılan danışıqların nəticəsində əldə edilmiş razılığın davamı olaraq, 26 mart 2015-ci il tarixdə Brüssel şəhərində Azərbaycan nümayəndə heyətinin həmin təşkilatların rəhbərliyi ilə görüşü baş tutmuşdur. Görüş zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin EPAC şəbəkəsinə qoşulmasına dair Baş prokuror Zakir Qaralovun müvafiq məktubu təşkilatın rəhbərliyinə təqdim edilib. Covanni Kessler Azərbaycan RespublikasınınBaş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələrinin cari ilin sonunda keçiriləcək şəbəkənin illik iclasına dəvət olunmasını qeyd etmiş vəBaş İdarənin şəbəkəyə tamhüquqlu üzv seçilməsinə ümidvar olduğunu bildirib.

Görüş zamanı, həmçinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin OLAF təşkilatı ilə əməkdaşlıq perspektivləri və digər zəruri məsələlər də müzakirə edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər