Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında 2015-ci il martın 29-da keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olub.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalomovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Özbəkistan Baş nazirinin müavini Qulomjon İbraqimov, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradov, Özbəkistanlı həmkarı və digər rəsmi şəxslərlə görüşləri keçirilib.
İki ölkə arasında bütün sahələrdə genişlənən əlaqələrdən məmnunluqla bəhs olunan görüşlər zamanı qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Seçki günü paytaxt Daşkənd və Səmərqənd şəhərlərində yerləşən seçki məntəqələrində seçkiləri izləyən nümayəndə he