14 Aprel 2015 16:49
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə korrupsiya əleyhinə layihəyə başlayır.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihə antikorrupsiya strategiyasının təbliği, ictimai məlumatlandırma mexanizminin genişlənməsi və müxtəlif kateqoriya adamlara çatdırılması, bununla da korrupsiyaya qarşı mübarizədə fəal vətəndaş iştirakının təşkil olunmasıdır. Vətəndaş cəmiyyəti subyektlərinin (QHT, icma, yeni media, sosial şəbəkələr və s.) antikorrupsiya tədbirlərində iştirakının və fəaliyyətinin gücləndirilməsi, antikorrusiya siyasətinə verilən dəstəyin artırılmasıdır.

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanovun sözlərinə görə, korrupsiya cəmiyyətin inkişafını əngəlləyən ən mühüm problemdir. Bu gün dövlət səviyyəsində bu problemə qarşı mübarizə aparılır. Onlarla korrupsiya faktı sadalamaq olar ki, qarşısı alınıb, yaxud korrupsiya faktına görə cinayət işi başlanıb. Bizim də məqsədimiz vətəndaş cəmiyyətinin fəallaşması ilə bu problemə qarşı mübarizənin səmərəliliyinin artırılması və birgə fəaliyyətin gücləndiriməsidir: “Layihənin məqsədlərinə çatmaq üçün qarşımızda bir sıra vəzifələr durur. Layihə çərçivəsində hökumət və qeyri-hökumət strukturları, aktiv əhali qrupu, media, sosial şəbəkə istifadəçiləri ilə birgə Milli Fəaliyyət Planında nəzərdə tutulan prioritetlərin təbliği və işləmə mexanizminin monitorinqi, korupsiyaya qarşı mübarizədə ictimai nəzarətin və ictimai maraqların gücləndirməsi istiqamətində müzakirələr aparılacaq. Eyni zamanda antikorrupsiya tədbirləri ilə bağlı müxtəlif internet aksiyalar təşkil ediləcək. Hesab edirik ki, layihəmiz cəmiyyət üçün faydalı olacaq”.

Rəfail Becanov bilidrib ki, layihə Sumqayıtda və regionlarda həyata keçiriləcək. İlkin mərhələdə monitorinqlər aparılacaq. Sonra isə təşkilatın “Facebook” sosial şəbəkəsində mövcud olan səhifəsində korrupsiya ilə bağlı maarifləndirmə işləri aparılacaq. Dövlətin strategiyası, antikorrupsiya tədbirləri, korrupsiya ilə bağlı qanunvericilik toplusu, Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı, Planın icrası ilə bağlı görülən işlər, ekspertlərin analitik yazıları, eləcə də korrupsiya və rüşvət faktlarına görə başlanan cinayət işləri ilə bağlı rəsmi informasiyalar yerləşdiriləcək.

Layihə zamanı üzə çıxardığımız korrupsiya faktları ictimailəşdiriləcək və əlaqədar qurumlara göndəriləcək. Layihə çırçivəsində bundan başqa sosial şəbəkədə 3 günlük antikorrupsiya kampaniyasının təşkili nəzərdə tutulur: “Daha sonra isə “Korrupsiyasız gələcək: Şəffaf cəmiyyətin formalaşmasında vətəndaş fəallığı” mövzusunda İctimai Forumlar keçiriləcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər