Şəmkirin polis rəisi vəzifəsindən azad edilib.
Kəpəz TV-nin məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin rəisi Şükür Mehtiyev vəzifəsindən azad edilərək nazirliyin sərəncamına götürülüb.
Hələlik Şəmkir polisinə rəis təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq rəis müavininə həvalə edilib.