24 Aprel 2015 13:42
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Konfederasiyasının Lüsern şəhərində Mədəniyyət və Turizm Nazirliyinin qonaq ölkə qismində iştirak etdiyi 4-cü “Lüsern Dünya Turizm Forumu” öz işinə başlayıb.

Forumun açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilk növbədə tədbir təşkilatçılarına xüsusi qonaq ölkə statusu dəvəti üçün təşəkkürünü bildirmiş və forumun ölkəmiz üçün əhəmmiyyətini xüsusi vurğulayaraq gələcəkdə də əməkdaşlığın davam edəcəyinin vacibliyini qeyd edib.

Nazir müavini çıxışı zamanı Azərbaycanın dünyanın sürətlə inkişaf edən iqtisadiyyata sahib olan ölkələrdən biri olduğunu vurğulayıb.

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoru haqqında məlumat verərkən, Nazim Səmədov ölkəmizin BM Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığını xüsusilə qeyd edib.

Çıxışının sonunda nazir müavini iştirakçıları yerli aşpazlar tərəfindən hazırlanmış Azərbaycanın milli yeməklərdən ibarət işgüzar nahara və forumun ikinci günündə nümayiş ediləcək Azərbaycanın turizm potensialını özündə əks etdirən videoçarxı izləməyə dəvət edib.

İşgüzar nahar zamanı qonaqlara təqdim olunan növbənöv milli yeməklər, şirniyyatlar və içkilər xüsusi ilə bəyənilib.

Forumun ikinci hissəsində müxtəlif mövzular üzrə seminarların və şirkətlər arasinda biznes görüşlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin ilk dəfə təmsil olunduğu sözügedən forumun 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan Respublikasıdır.

Məlumat üçün bildiririk ki, forumda 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslər, mütəxəssislər və icraedicilər iştirakı edir.


Müəllif:

Oxşar xəbərlər