Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş iclasında iştirak etmək üçün Strasburqa səfər edib.
Teleqraf.com xəbər verir ki, deputat müzakirələrdə fəal iştirak edəcək, ölkəmizdə uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verəcək.
Sevinc Fətəliyeva mayın 12-nə qədər Strasburqda olacaq, daha sonra Moldovaya gedəcək, mayın 20-də burada keçiriləcək AŞPA-nın Sosial işlər komitəsinin iclasında iştirak edəcək.
Nemət