Azərbaycan paytaxtında dəhşətli qətl törədilib.
Teleqraf.com APA-ya istinadən xəbər verir ki, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.
Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.
Araşdırmalar zamanı məlumat olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.
İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib.Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
***
Bakıda azyaşlı qız itib.
5 yaşlı Qələndərova Aişə Füzuli qızının yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, A.Qələndərova həyətdə oynayarkən qəfildən yoxa çıxıb.
Hadisə dünən saat 15-16 radələrində baş verib.
Aişənin əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.
Qızın itkin düşməsi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.