11 İyun 2015 13:59
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar Tədqiqatlar İctmai Birliyi iyun ayından etibarən Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlılığı” adlı layihənin icrasına başlayıb.

Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanın Ermənistanla sərhəd kəndlərində yaşayan insanların təhlükəsiz yaşamasını təmin edən proseslərin qiymətləndirilməsi, onlara təhlükəsiz yaşamaq üçün məlumatların verilməsi və icma potensialının artırılmasına dəstək göstərilməsindən ibarətdir.

Humanitar Tədqiqatlar İctmai Birliyinin sədri Əvəz Həsənovun sözlərinə görə, layihə çərçivəsində əhaliyə minalanmış ərazilərdən özlərini qorumaları üçün təlimatlar və bu məqsədlə kəndlərin giriş və çıxışında, ictimai yerlərdə lövhələrin yerləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda yerli icma fəalları ilə kənddə atəşdən qorunmaq və fəsadların azaldılmasına nail olmaq üçün məsləhət görüşlərinin keçirilməsi və sərhəd kəndlərin əhalisinə atəşdən özlərini qorumaları üçün məlumat vərəqələrinin çap olunaraq paylanması planlaşdırılır.

2015-ci ilin noyabr ayının sonuna qədər davam edəcək layihə Qazax və Tovuz rayonunun sərhəd kəndlərində yaşayan əhalinin ehtiyaclarının öyrənilməsi və onların öz bacarıqlarının artırılması üçün əhəmiyyətli addım ola biləcəkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər