Minnesota ştatının Nümayəndələr Palatası Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 97-ci ildönümünə həsr edilən qətnamə qəbul edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, qətnamədə 1918-ci ildə yaradılmış Azərbaycan Respublikasının müsəlman dünyasının ilk demokratiyası olduğu və Azərbaycanın ABŞ-dan belə öncə 1919-cu ildə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb.
Bununla yanaşı, sənəddə 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi və müstəqillik dövründə ölkəmizin qlobal təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli bir regionda ABŞ-ın vacib tərəfdaşına çevrildiyi qeyd edilib.
Səxavət