3 İyul 2015 14:18
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Paradiqma” İctimai-siyasi tədqiqatlar ictimai birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi” layihəsinin reallaşdırılması istiqamətində növbəti təlim keçirilmişdir.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata əsasən, tədbirin keçirilməsində məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində informasiya təhlükəsziliyinin daha etibarlı təminatı yolları və vasitələrinin müəyyən edilməsi istiqamətində innovativ elmi-analitik araşdırmalar aparmaq və onu təbliğ etməkdən ibarətdir.

Tədbir çərçivəsində “Paradiqma” ictmai siyasi tədqiqatlar ictimai birliyinin sədri, prof. Elman Nəsirov layihənin aktuallığına toxunaraq qeyd etdi ki, müasir dünyamızda informasiya sahəsində üstünlüyü əldə etməyi bacaran tərəf digər məsələlərdə də birinciliyi əldə edə bilir. Bu kontekstdə fikirlərini davam etdirən E.Nəsirov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində informasiya təhlükəsizliyi baxımından üstünlüyə nail olunması nəticə etibarilə konfliktin beynəlxalq hüquq prinsipləri çərçivəsində ədalətli həlli üçün daha əlverişli imkan yarada bilər. Elə bu prizmadan məsələyə yanaşdıqda belə layihələrin həyata keçirilməsinin kifayət qədər əhəmiyyətli olması qənaətinə gəlmək mümkündür.

Tədbirdə çıxış təlimçilər Füzuli Məcidli (“Paradiqma” İB) və Şəbnəm Bağırova (“Paradiqma” İB) layihənin əhəmiyyət və aktuallığı haqqında fikirlərini bildirdilər, onun həyata keçirilməsi istiqamətində nəzəri və praktiki xarakterli mülahizələrini ifadə etdilər. Sonra layihə ətrafında geniş fikir mübadiləsi aparıldı, konkret təklif və tövsiyələr irəli sürüldü.

Təqdimat mərasimində QHT təmsilşiləri, mətbuat nümayəndələri, müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edirdi.


Müəllif: