4 İyul 2015 09:37
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, tanınmış xanəndə Cabir Abdullayev həyatında yaşanan ən dəhşətli faciədən danışıb.

Sənətçi Qarabağ müharibəsində şəhid olan qardaşının son nəfəsini məhz onun qucağında verdiyini deyərək göz yaşlarına boğulub.

Can verən qardaşının yanında olan Cabir Abdullayev oğlunun doğum sevincini belə yaşaya bilməyib. Onun sözlərinə görə, həmin ərəfədə dünyaya gələn övladının üzünü düz 12 gün görməyib.

Publika.az xəbər verir ki, sənətçi bütün bunları Space” televiziyasının efirində yayımlanan “Gör, kim gəldi” verilişində danışıb.


Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin ideya müəllifi “Space” televiziyasının prezidenti Vaqif Mustafayev, rejissoru Xamis Xanlaroğlu, operatoru Pərvizdir.

Verilişin informasiya dəstəyi Publika.az saytınındır.

Veriliş hər həftənin cümə günü axşam saat 21.45-də, təkrarı bazar günü saat 14.15-də yayımlanır.


Müəllif:

Oxşar xəbərlər