“İran neft-qaz ehtiyatları ilə zəngindir. TAP, TANAP kimi layihələr Tehranı maraqlandırır”.
APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. O bildirib ki, bu məsələ İranın neft nazirliyi və neft-qaz şirkətinin mütəxəssisləri tərəfindən öyrənilir və sonra Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqlar başlana bilər: “Bu layihələrin tamamlanması 2018-ci ilə planlaşdırılır və həmin vaxta qədər bizim düşünməyə vaxtımız var”.