30 İyul 2015 13:25
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Rusiya ilə dövlət sərhəddində atışma ilə bağlı xəbərlərə Dövlət Sərhəd Xidməti tərəfindən aydınlıq gətirilib.

Teleqraf.com-un məlumatına görə, DSX-nın mətbuat mərkəzinin yaydığı məlumatda bildirilir ki, bir sıra xəbər saytlarında Rusiyanın www.kavkaz-uzel.ru saytına istinadla Azərbaycannın İlisu Dövlət Qoruğunun ərazisində Rusiya sərhədçilərinin ərazimizə keçərək dağ keçilərini ovlamaları barədə həqiqətə uyğun olmayan məlumat dərc edilib.

Yayılan məlumatda bu cür halların tez-tez baş verməsi də bildirilir:

“Bir daha bildiririk ki, yayılan məlumat həqiqətə uyğun deyil. İyulun 27-də və daha əvvəllər Rusiya sərhədçilərinin Azərbaycan ərazisinə keçmə və ov etmə halları baş verməyib. Göstərilən ərazilərdə sərhədçilərimiz tərəfindən dövlət sərhədi etibarlı mühafizə edilir.

Qeyd edirik ki, Dövlət Sərhəd Xidməti ilə Rusiyanın sərhəd mühafizə orqanları arasında qurulmuş əməkdaşlıq çərçivəsində mütəmadi məlumat mübadiləsi aparılır və hər hansı xoşagəlməz halların baş verməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülür”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər