5 Avqust 2015 15:23
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhəd Qoşunlarının Komandanı general–polkovnik Elçin Quliyevin dəvəti ilə Belarus Dövlət Sərhəd Komitəsinin sədri general-polkovnik Maltsev Leonid Semyonoviçin başçılıq etdiyi nümayəndə heyəti avqustun 4-5-də ölkəmizdə rəsmi səfərdə olub.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar DSX-nən Aparatında E.Quliyevlə görüşüb.

Görüş zamanı DSX və Belarus DSK arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, miqrasiya proseslərinin idarə edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, təcrübə mübadiləsinin davam etdirilməsi, o cümlədən inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti DSX-nın Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, atçılıq mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olublar.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər