29 Avqust 2015 11:33
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, 2015-ci il avqust ayının 25-də ‘Meydan TV’-nin veb-səhifəsində rus dilində ‘Таинственная компания за короткий срок выиграла более 120 тендеров’ (‘Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib’) sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)’ veb-səhifəsində çap olunmuşdur. Həmin məqalədə iqtisadçı alim Vüqar Bayramovun onlara müsahibə verdiyi bildirilirdi. Azərbaycanlı alim OCCRP tərəfindən onunla bu mübahisə ilə bağlı əlaqənin saxlanılmadığını bildirmişdi. Bəlli olub ki, OCCRP Vüqar Bayramovun 8 ay öncə “Üç nöqtə” qəzetinə müsahibəsinin səs yazısındakı firkiləri tamamən kontekstdən çıxararaq və özlərindən Azərbaycanın əlehinə fikirələr uydurub əlavə edərək qərəzli məqalə hazırlayıblar.

Vüqar Bayramov Publika.az-ın əməkdaşı ilə söhbətində deyib ki, avqustun 29-da OCCRP-dən təhdidedici email aldıq. Emaildə İSİM və sözügedən mərkəz rəhbərliyinin maraqlı personaj olmaları, bu təşkilatın hökumətlə əlaqələri araşdırılacağı və bunun ictimailəşdirəcəyi qeyd olunurdu. Həmçinin emaildə qeyd olunur ki, bu istiqamətdə xüsusi araşdırmaçı da artıq fəaliyyət göstərir. Əslində, biz bu köhnə müsahibənin yayılmasında maraqlıyıq (baxmayaraq ki, bu başqa qəzet üçün verilib). Çünki OCCRP-nin təqdim etdiyi yazıda olan, ancaq müsahibənin səs yazısında olmayan, Azərbaycana qarşı kəskin fikirlərin məhz qara piarda maraqlı olan layihə əməkdaşları tərəfindən öz təxəyyüllərinə münasib olaraq yazılmasını bir daha göstərir. Köhnə müsahibənin səs yazısında olmayan, amma Azərbaycan üçün qara piar məqsədi daşıyan cümlələrin yazıda uydurulması onu göstərir ki, OCCRP belə tədqiqatlarda səmimi deyil və əsas məqsədi necə gəldi Azərbaycana qara yaxmaqdır.

İqtisadçı alim əlavə edib ki, öncədən qeyd etdiyimiz kimi, bu layihə adından heç kimsə mənimlə əlaqə saxlamayıb, müsahibə götürməyib. Məlum yazıda istifadə olunan fikirlər bu ilin Yanvar ayında mənim "Üç nöqtə" verilmiş müsahibəm tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavə edilərək yazıya daxil edilib. Maraqlıdır ki, jurnalist mənə zəng edən zamanı yazını "Üç Nöqtə" qəzeti üçün hazırlandığını desə də, 8 ay sonra OCCRP-yə tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavələr edilərək verilib.

Onun sözlərinə görə, sonradan "Üç Nöqtə" qəzetinin əməkdaşı ilə söhbət zamanı o bildirdi ki, bəs, sizin demədiyiniz cümlələri mətnə OCCRP rəhbərliyi əlavə edib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yerli mətbuat üçün götürülən müsahibə tamamilə dəyişdirilərək, xeyli müddət sonra fərqli bir ünvana göndərilib. Məsələn, yazıda qeyd olunur ki, guya mən demişəm ki, "Azərbaycanda keçirilən tenderlərin böyük əksəriyyəti rəsmi xarakter daşıyır, ona görə ki, iştirak edən şirkətlərin əksəriyyəti bir-biri ilə sıx əlaqədədirlər. O, dövlət orqanlarının tenderin digər iştirakçılarının adlarının açıqlamamasının səbəbini də bunda görür". Belə bir fikir olmayıb. Həmçinin müsahibəyə qulaq asaraq müəyyənləşdirmək olar ki, söhbət zamanı Azərbaycan tenderlərin formal keçirilməsi və hökumətin tenderlərə münasibəti ilə bağlı bir söz də işlədilməyib. Hətta jurnalist də bəyan edir ki, bu cümlələr OCCRP tərəfindən əlavə edilib. Bu fakt onu göstərir ki, OCCRP araşdırma aparan zaman istədikləri və arzuladıqları son nəticəni əldə etmək, öz fikirlərini gücləndirmək üçün mənim fikirlərimin belə təhrifləri ilə məşğul olublar. Bu bir daha təsdiq edir ki, OCCRP-nin məqsədi doğru və qərəzsiz araşdırma aparmaq deyil, sadəcə, hər addımbaşı Azərbaycanı tənqid etməkdir.


Vüqar Bayramovun sözlərin görə, məqalədə kontekstdən çıxarılan bir sıra digər faktları da demək olar. Məqaləyə havadan götürülən cümlələr əlavə edilməklə yanaşı, eyni zamanda fikirlər kontekstdən çıxarılaraq təqdim olunur. Məsələn, yerli mətbuatla söhbət zamanı mən tenderin nəticələrinin veb-səhifələrində yerləşdirməklə effektivliyin artırılmasını təklif etdiyim halda, bu kontekstdən çıxardılaraq, prosesin effektivliyi deyil, "prosesin şəffaflığından danışmağa imkan verməməsi" haqqında ifadə kimi təqdim olunub. Və ya '100 min dollar qalib gəlmiş şirkət' haqqında olan cümləyə gəlincə, mənim tərəfimdən heç bir rəqəm səsləndirilməyib.


Vüqar Bayramov bildirib ki, 8 ay öncə yerli mətbuata verdiyi müsahibəsini konteksdən çıxararaq və özlərindən iqtisadçının adından cümlələr əlavə edən Meydan TV və The Organized Crime and Corruption Reporting Project (OCCRP) layihəsi tələm-tələsik məqaləyə dəyişikliklər edib. Belə ki, onun adından guya tenderlərin formal olduğu bildirilən cümlələr məqalədən çıxarılb. Meydan TV onun guya azərbaycanlı iqtisadçı tərəfindən bu sözlərin dediyini bildirsə də o və digər başqa cümlələrin heç biri 8 ay öncə yerli mətbuata verilən müsahibədə yox imiş.

Vüqar Bayramov bildirib ki, sözügedən şəbəkənin Azərbaycanla bağlı öncələr də “araşdımaları” olub. Bu insident real durumu və marağı ortalığa qoydu. Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Jurnalist-araşdırmaçı öz təxəyyülünün gücünə qüvvət verərək fərqli müsahibəni əsas gətirərək, İSİM və onun rəhbəri adından istədiyi məzmunu öz araşdırmasına əlavə edir, ictimailəşdirir. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə ‘Organized Crime and Corruption Report Project (OCCRP)’ əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir. Bütün bunlardan əlavə, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP veb-səhifəsində müəllifin kim olması barəsində heç bir qeyd yoxdur. Müəllifin olmaması beynəlxalq araşdırma üçün çox ciddi bir qüsurdur.

Jurnalistikanın, xüsusilə də araşdırmaçı-jurnalistikanın əsas prinsiplərindən biri də şəffaflıqdır. Müəllifin göstərilməməsi bu prinsipin ciddi olaraq pozulması deməkdir. İctimaiyyət nümayəndəsi olaraq, biz ifadə edilən fikirlərin kimə məxsus olmasını bilməyə borcluyuq. Həmçinin məqalənin altında müəllifin adının olması ümumilikdə bu sirli araşdırmaçı-jurnalistin məsuliyyətini artırardı. Həmin qurum buna ciddi fikir verməli idi. Təkrar edirik, belə səhvlər ümumilikdə bu təşkilatın bütün araşdırmalarının düzgünlüyünü və dəqiqliyini şübhə altına alır. Belə “araşdırmalar” nəticəsində əldə edilən “faktlara” necə inanmaq olar?


Müəllif:

Oxşar xəbərlər