5 Sentyabr 2015 18:42
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin paytaxtı Londonda klinika əməkdaşlarından birinin xətası İİV qalmaqalına səbəb olub.

Publika.az xəbər verir ki, tibb işçisinin diqqətsizliyi ucbatından 780 İİV xəstəsinin adı və elektron-poçt məlumatları yayılıb.

Klinika ilə bağlı araşdırma aparılır. Məlumatların gizli saxlanması ilə bağlı qanunu pozduğuna görə, veriləcək cəzanın 500 min sterlinqdən başladığı bildirilib.

Klinika xəstələri məlumatların etibarlı şəxslərin əlində olduğuna inandırmağa çalışsa da, onlar çox pis vəziyyətdə qaldıqlarını deyirlər. Onların bir çoxu xəstəliyinin bilinməsini böyük faciə kimi qarşılayır. Ən yaxınlarından belə gizlətdikləri bu məlumatı açıqlamaq məcburiyyətində qalıblar.


Müəllif:

Oxşar xəbərlər