22 Sentyabr 2015 15:09
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri Dan Stav ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona Azərbaycan ilə İsrail arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

BƏXTİYAR


Müəllif: