26 Oktyabr 2015 12:38
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək.

DGK-nın Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 30-da saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində (Bakı prospekti 18) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-36-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Müəllif:

Oxşar xəbərlər