27 Oktyabr 2015 14:05
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Rusiyaya səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər Moskva şəhər hökümətinin təşkilatçılığı, RF Prezidenti yanında dini təşkilatlarla iş üzrə Şuranın beynəlxalq əməkdaşlıq Komissiyasının, habelə Rusiya Dinlərarası Şurasının dəstəyi ilə 29 oktyabr tarixində keçirilən «Din və Sülh» mövzusunda III Moskva Beynəlxalq Forumuna dəvət əsasında həyata keçirilir.

Şeyxülislam A. Paşazadə Beynəlxalq Forumun plenar iclasında məruzə ilə çıxış edəcək.

QMİ sədri A. Paşazadə səfər çərçivəsində Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşəcək. Səfər müddətində digər görüşlərin də keçiriləcəyi nəzərdə tutulur.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər