Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səttar Mehbalıyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə Səttar Suliddin oğlu Mehbalıyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".