18 Noyabr 2015 16:03
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 22 mart 2015-ci il tarixdə könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxlərin videoçəkiliş apardığı aşkar edilib. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib.


Müəllif: