"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" klubu futbolçusu Sven Benderlə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi artıq 26 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Lakin Benderə təklif olunacaq müqavilənin müddəti açıqlanmır. Almaniyalı futbolçunun "Borussiya" ilə müqaviləsi 2017-ci ildə başa çatacaq.
Qeyd edək ki, "Borussiya" digər klubların hədəfində olan futbolçusu Neven Subotiçi də satmaq niyyətində olmadığını açıqlayıb.