8 Dekabr 2015 14:56
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimovun 2014-cü ildə keçirilmiş Gül bayramında çəkilmiş fotosu bu günlərdə sosial şəbəkədə paylaşılaraq müxtəlif səpkili müzakirələrə səbəb olub.

Salyan rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov sözügedən foto ilə bağlı açıqlama yayıb.

Teleqraf.com-a daxil olan açıqlamada bildirilir ki, həmin foto 9 may 2014-cü ildə Salyan şəhərində Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilib: "10 may Gül bayramı ilə əlaqədar Salyan rayonunun məktəbləri, təhsil müəssisələrinin hazırladıqları tədbir zamanı oraya gələn bütün şəxslər, o cümlədən RİH başçısı yanında Şura üzvləri, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri bu gül çələnginin altından keçib sərginin keçirildiyi məkana daxil olublar.

Fotodan da görünür ki, Tahir müəllimin yanında hüquq mühafizə orqanlarının rəhbərləri də var. Arxada isə ictimaiyyətin nümayəndələri əks olunub.

Fotonun Günel Mövlud tərəfindən paylaşdığı bizə məlumdur və xalqımızın matəm içində olduğu bu günlərdə bu cür yüngül üsullarla, Azərbaycan qadınına yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyi tərəfimizdən təəssüf hissi ilə qarşılanır. Tərəfimizdən təhqirlərə yol vermiş şərhçilər və saytlar barəsində hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir".

Ayxan


Müəllif:

Oxşar xəbərlər