9 Dekabr 2015 10:24
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 5-də Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində Azərbaycana gətirilməsi üçün dövlət sərhədində kolluq ərazidə gizlədilmiş 4 bağlamada 2050 qutu “Marlboro”, 740 qutu “Richmond”, 2010 qutu “Parlament” və 200 qutu “Kent” markalı siqaretlər aşkar edilərək götürülüb.

Qeyd edək ki, faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BƏXTİYAR


Müəllif: