12 Dekabr 2015 15:01
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Efiopiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfir Elman Abdullayev mərasimdə çıxış edərək müstəqil Azərbaycanın memarı və qurucusu, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri haqqında danışıb. Ümummilli lider Heydər Əliyevin həm SSRİ rəhbərliyində, həm də Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun artmasında tarixi rolunu qeyd edən səfir Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayıb.

Ölkəmizdə səfərdə olmuş, Azərbaycan həqiqətləri, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə silsilə məqalələr dərc etdirmiş jurnalist Araya Getaço çıxış edərək ölkəmizlə bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycanın dünyaya bir nümunə olduğunu söyləyib, xalqımızın Ümummilli Liderinə olan sevgisi və dərin hörməti barədə söhbət açıb, Heydər Əliyevin xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını vurğulayıb. A.Getaço Heydər Əliyev Fondunun fəaliyyəti barədə də danışaraq Ulu Öndərin irsinin gələcək nəsillərə ötürülməsində Fondun mühüm rolunu qeyd edib.

Anım mərasimində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib.

Efiopiyanın Baş nazirinin müşaviri Fasil Nahom, Efiopiya Diplomatik İnstitutunun direktoru, ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləri, mədəniyyət sahəsinin nümayəndələri, jurnalistlər mərasimdə iştirak ediblər.

AZƏRTAC


Müəllif:

Oxşar xəbərlər