“Ulu Öndərimiz Heydər Əliyev haqqında söz demək böyük xoşbəxtlikdir”.
Bu sözləri Teleqraf.com-a xalq artisti Ağadadaş Ağayev deyib: “Ulu Öndərimizi həyatda canlı görmüşük, xeyir-duasını almışıq. Xoşbəxtəm ki, Heydər Əliyev kimi ümummilli liderimiz olub. İlk dəfə Ulu Öndərimizi Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl Azərbaycana gələndə görmüşdüm. Türkiyə prezidentinə ifamı çox bəyəndiyini deməsi məni çox sevindirmişdi. Belə bir münasibət görən zaman insan sənətinə yenidən vurulur. Bundan başqa Allah mənə “Xalq Heydər söyləyəcək” mahnısını ifa etməyi qismət etdi. O vaxt böyük həyəcan yaşamışdım ki, görəsən ümummilli liderimiz mahnını bəyənəcəkmi? Allaha çox şükür ki, musiqini bəyəndi və hazırda mahnı ikinci himnə çevrilib. Sevinirəm ki, bir neçə dəfə də olsa Ulu Öndəri görmüşəm. Heydər Əliyev yalnız anım günlərində deyil, hər zaman qəlbimizdə yaşayır”.
Rəqsanə