15 Dekabr 2015 18:03
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığında deyilir: "Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş verən yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Birləşmiş Krallığın hökuməti və xalqı adından qəza nəticəsində doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin axtarışını davam etdirən xilasedicilərə uğur diləyir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bu kədərli günlərdə Sizin və Azərbaycan xalqının yanında olduğumu bildirirəm".


Müəllif:

Oxşar xəbərlər