Saç tökülməsinə qarşı ən effektli vasitələrdən biri mayadır.
Publika.az saçları gurlaşdırıb, parlaqlıq verən maya maskasını təqdim edir:
Bir xörək qaşığı yaş mayanı yarım xörək qaşığı südlə qarışdırıb məcun halına gətirin. Üzərinə hərəsindən yarım çay qaşığı olmaqla avokado və badam yağı əlavə edib qarışdırın. Maskanı saç diblərinə çəkib masaj edin. Daha sonra maskanı saçın uclarına kimi yayın. Bir saat gözlədikdən sonra saçınızı təbii tərkibli şampunla yuyun.
Maskanın tərkibindəki maya B vitamin ilə zəngin olduğundan saç köklərini gücləndirir, tökülmənin qarşısını alır. Mayanın tərkibindəki minerallar isə saçların sürətlə uzanmasına yardım edir. Sinklə zəngin badam yağı saçlara parlaqlıq bəxş edir. Avokado yağı isə maskanın təsirini daha da artırır.