Bakı Dövlət Universitetində Qazax xanlığının yaranmasının 550 və müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan və qazaxıstanlı alimlər bir araya gəliblər. Alimlər dəyirmi masa arxasında Abay Kunanbayev yaradıcılığından danışıblar.
Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası nəzdindəki M. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Şakir İbrayev “Abay - müasir qazax yazılı ədəbiyyatının banisi” məruzə ilə çıxış edərək abayşunaslığın aktual problemləri haqqında məlumat verib. Tanınmış abayşunas, akademik Qarifulla Yesim müəllifi olduğu “Hakim Abay” kitabını təqdim edib, müzakirə iştirakçılarına Abayşünaslığın tarixi rolu haqqında məruzə ilə çıxış edib. Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əskər, kafedranın əməkdaşları - professor Firuzə Ağayeva, dosent Gülgün Əliyeva, filologiya elmləri üzrə fəlsəfə doktorları - Səbinə Ağayeva, Fatimə Dursunova, Kəmalə Nəcəfova Abay Kunanbayev yaradıcılığının Azərbaycan dilinə tərcümə problemləri, Abay Kunanbayev və Azərbaycan ədəbiyyatı arasında əlaqə, böyük alimin yaradıcılığının Azərbaycan ali təhsil ocaqlarında tədrisi məsələlərini müzakirə ediblər.
Sevil