26 Yanvar 2016 14:25
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsinə başlanıb.

Teleqraf.com-un məlumatına görə, bunlardan biri AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olanı parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatlardır.

Birinci qətnamənin müzakirəsi zamanı ermənilər və əsasən solçu qruplar qətnamənin qəbul edilməməsi ilə bağlı öz təzyiqlərini göstəriblər. Keçirilən səsvermə zamanı isə lehinə 66 nəfər, əleyhinə isə 70 nəfər səs verib. Beləliklə, bu dəfə də avropalılar ermənilərə öz köməyini əsirgəmədi və Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” qətnaməsi qəbul edilmədi.

BƏXTİYAR


Müəllif: