9 Fevral 2016 18:29
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Latviyadan olan üzvü, xanım İveta Qriqule və Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevlə görüşüblər.

BAMF-ın mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Latviya və Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının qarşılıqlı əməkdaşlıq imkanlarının gücləndirilməsi, Avropa Parlamenti və vətəndaş cəmiyyəti qurumları arasında ikitərəfli münasibətlərin gücləndirilməsi məsələləri müzakirə olunub.

Umud Mirzəyev BAMF-ın yaradıldığı dövrlərə qısa ekskursiya edib, təşkilat yaradıldığı zaman Latviyadan olan yazıçı-jurnalist Modris Auzinşin fəaliyyəti haqda danışıb. O, ümumiyyətlə Latviya və Azərbaycan arasında uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. Eyni zmanda U.Mirzəyev dünyanın mövcud çətin durumunda, konfliktlərin geniş vüsət aldığı bir dövrdə sülhün və barışın qorunması üçün ikitərəfli münasibətlərin əhəmiyyətini xüsusi olaraqqeyd edib. O, münaqişələrin həllində ikili standartların sabit və təhlükəsiz dünya üçün təhdid olduğunu vurğulayıb.

Xanım İveta Qriqule iki ölkənin xalqları və vətəndaş cəmiyyəti qurumları arasında faydalı əməkdaşlığı və sıx münasibətlərin yaradılmasının zərurliyini ifadə edib.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs media və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının ədalət və obyektivlik prinsipləri əsasında qurulmasının regionumuz üçün əhəmiyyətindən danışıb.

Görüşdə iştirak edən “Eurasia Diary” analitik informasiya portalının baş redaktoru Malik Əyyub Sumbal Avropada baş verən miqrant axını, eləcə də qlobal sülhü təhdid edən məsələlərlə bağlı Latviya prezidentinin portalda dərc olunan son çıxışlarının əhəmiyyətindən danışıb. Baş tutmuş görüş gələcək əməkdaşlıq perspektivlərinə yol açmış olub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər