10 İyun 2014 21:19
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 iyun tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 8 iyun tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.

İmtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə tanış olmaq üçün iş nömrəsini 7727 nömrəsinə göndərə və ya TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ keçidinə daxil olmaqla nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcək.

/Teleqraf.com/


Müəllif: