18 Fevral 2016 11:29
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-də Bakının Nizami rayonu ərazisində itkin düşən 11 yaşlı iki şagird - Şamil Babayev və İsmayıl Şəfiyevin təhsil aldıqları orta məktəbin direktoru hadisə barədə danışıb.

Trend-ə açıqlama verən Nizami rayonu 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva faktı təsdiqləyib.

Məktəb direktoru bildirib ki, hadisə fevralın 17-də günorta saatlarında baş verib. Məktəbin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxıb evlərinə yola salınıb. Lakin şagirdlər evlərinə getməyiblər.

Şagirdlərin dərsdən sonra valideynlərinə təhvil verilməsi məsələsinə münasibət bildirən S.Abdullayeva bildirib: "Həmin şagirdlər həmişə məktəbə özləri gəlib, özləri gediblər. Onları heç vaxt valideynləri məktəbdən götürməyib. Bu barədə valideynləri polisə izahatlarında da qyed ediblər".

Direktor qeyd edib ki, hazırda polis şagirdlərin axtarışına başlayıb və onların gedəcəyi ehtimal edilən ərazilərlə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, fevralın 17-də Bakının Nizami rayonu, 32 saylı orta məktəbin iki şagirdi - Şamil Babayev və İsmayıl Şəfiyev yaşadıqları mənzillərdən orta məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıblar.


Müəllif:

Oxşar xəbərlər