29 Fevral 2016 16:07
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 3-də Nizami Kino Mərkəzində “Şər qarışanda” filminin qala gecəsi keçiriləcək.

Nizami Kino Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, film rəqqasə Oksana Rəsulovanın rəhbərlik etdiyi “Oksimediya” prodakşnın məhsuludur. Qorxu janrında lentə alınan filmin rejissoru Samir Kərimoğlu, operatoru Nadir Mehdiyevdir.

Film 1992-ci ildə manyak tərəfindən qəddarcasına qətlə yetirilmiş doqquz yeniyetmənin faciəsindən bəhs edir. Hadisədən iyirmi dörd il keçməsinə baxmayaraq, dəhşət hələ də davam edir...

Filmdə baş rolları aktyorlar Ramiz Novruz, Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva canlandırıblar.

Nərmin


Müəllif:

Oxşar xəbərlər