14 Mart 2016 15:29
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin çaylarda sululuğun vəziyyətini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-30 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 190 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra, Şirvan, Bankə məntəqələri və Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 sm (2015-ci il martın 14-də 368 sm), Şirvanda 291 sm (2015-ci il martın 14-də 251 sm), Salyanda 222 sm (2015-ci il martın 14-də 207 sm), Bankədə 189 sm (2015-ci il martın 14-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 124 sm (2015-ci il martın 14-də 130 sm) təşkil edir.


Müəllif:

Oxşar xəbərlər