18 Mart 2016 10:43
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin əfv sərəncamı ilə həbsdən azad edilən jurnalist Pərviz Həşimli cəzaçəkmə müəssisəsindən evə buraxılıb.

Avropa.info-ya açıqlamasında Pərviz Həşimli əfv edilməsinə görə ölkə başçısı İlham Əliyevə, eyni zamanda, həbsdə olduğu zaman onu müdafiə edən beynəlxalq təşkilatlara və jurnalistlərə təşəkkür edib.

"Azadlıq mənim haqqım idi. Həm yerli, həm də beynəlxalq ictimaiyyət mənim keçmiş MTN-dəki mütəşəkkil cinayətkar dəstə tərəfindən şərlənərək həbs olunduğumu bilirdi. Bu gün mənim azadlıq haqqım özümə qaytarıldı. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Bundan başqa, mənə dəstək olan beynəlxalq təşkilatlara, mənim azad edilməyim üçün müraciət etmiş 9 millət vəkilinə, jurnalistlərə, ümumiyyətlə, mənə dəstək olan hər kəsə təşəkkür edirəm", - Pərviz Həşimli qeyd edib.


Müəllif:

Oxşar xəbərlər