“Azərbaycanda müstəqiliyimizdən bəri 50 mindən çox şəxs amnistiya qərarlarının təsiri altına düşüb və onlar həbsdən azad olunub. Amnistiya qərarı ilə əfv arasında fərq var”.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentensiar Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən Rafiq Ramazanov bildirib.
Onun sözlərinə görə, prezident tərəfindən Konstitusiyasının verdiyi səlahiyyət əsasında məhkumun ad və familiyası göstərilməklə əfv olunur: “Amma amnistiya qanundur. Amnistiya qanununa görə, Milli Məclisdə müzakirə olunur, maddələr təhlil edilir və amnistiya aktı daha geniş olur”.
Hacı Zeynalov