31 Mart 2016 18:34
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 71 uşaq dünyasını dəyişib.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, həmin uşaqların 24-ü 7 yaşınadək, 46 nəfəri 7-16 yaşlı, bir nəfər isə 17 yaşlı olub: “Bu hallar valideynlə birgə yol hərəkəti qaydalarının pozulması, yaxud uşağın təkbaşına küçəyə buraxılması nəticəsində olub. Burada da söhbət valideyn məsuliyyətsizliyindən gedir”.

E.Səfərov bildirib ki, son illər ərzində Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün qanunvericilikdə bir çox yeniliklər edilib. Bu dəyişikliklər ayrı-ayrı sahələrdə, xüsusilə narkotik vasitələrin, alkoqol içkilərin istifadəsində valideynlərin məsuliyyətinin müəyyən edilməsi və məsuliyyət növünün artırılmasını nəzərdə tutub.


Müəllif:

Oxşar xəbərlər