Cəbhə bölgəsində düşmənlə üz-üzə dayanmış şanlı Azərbaycan ordusunu, qəhrəman Azərbaycan əsgərini dəstəkləmək, əsgərlərimizlə həmrəyliklərini nümayiş etdirmək üçün minlərlə mingəçevirli gənc möhtəşəm mitinq və yürüş keçirdilər.
Mingəçevir şəhərində keçirilən tədbirdə minlərlə gənc Ali Baş Komandan İlham Əliyevin əmri ilə vətən uğrunda döyüşə hazır olduqlarını bəyan etdilər.
Əllərində Azərbaycanın bayrağı,müxtəlif şüarlar olan minlərlə gənc əvvəlcə Mingəçevir şəhər stadionunda toplanıblar. Burada gənclər və Qarabağ müharibəsinin veteranları çıxış edərək əsgərlərimizlə həmrəy olduqlarını, hər zaman döyüşə hazır olduqlarını bəyan etdilər. Daha sonra iştirakçılar şəhərin İslamzadə və Heydər Əliyev prospektləri boyunca yürüşə başladılar. Yürüş Şəhidlər Xiyabanında şəhidlərin ruhunun anılması ilə başa çatdı.