22 Aprel 2016 15:12
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib.

Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib.

A.Quliyev Şura üzvləri adından göstərdiyi yüksək etimada görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunub.


Müəllif: