29 Aprel 2016 15:21
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları dörd fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdlərin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” və “Xanoba” gömrük postlarının nəzarət zonalarına daxil olan nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş cəmi 30840 ədəd “NZ Gold Compact” və “Belomorkanal” markalı siqaretlər aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif: