Belarus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasibəti ilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, Belarusun dövlət başçısı Böyük Vətən müharibəsində Qələbə gününün bayramedilməsi ərəfəsində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna prezidentlərinə təbrik məktubu ünvanlayıb.