10 May 2016 15:49
2 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidməti bu gün bəzi media orqanlarında Baş Qərargah rəisi Nəcməddin Sadıqovun vəzifəsindən azad olunması ilə bağlı yayılan informasiyaların yalan olduğunu bildirib:

“Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı vardır.

Bunun fonunda bəzi media orqanlarında bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özünün iç üzünü açıb göstərirlər. Onlardan fərqli olaraq, Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır.

Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir”.


Müəllif:

Oxşar xəbərlər