Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qızının toy mərasiminə dəvət edib.
Bu barədə AzVision.az Pakistanın “Nyus” nəşrinə istinadən xəbər verirb
Ərdoğanın qızının toyuna dəvət edilən şəxslər arasında Pakistanın Baş naziri Nəvaz Şərif və ailəsi, onun qardaşı, Pəncab əyalətinin Baş naziri Şahbaz Şərif də var.
Pakistan baş naziri və ailə üzvləri Ərdoğanın qızının toy mərasimində iştirak etmək üçün bu gün İstanbula yola düşəcəklər.
KİV-in yaydığı məlumata görə, Ərdoğan qızının toyuna beş dövlət və hökumət başçısını dəvət edib. Onların arasında Pakistan baş naziri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani də yer alır.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanın toy mərasimi keçiriləcək. İş adamı Səlcuk Bayraqdar ilə ailə həyatı quran S.Ərdoğanın toy mərasiminə 6 min qonaq dəvət edilib.
İstanbulda təhülkəsizlik tədbriləri gücləndirilib. Yəhya Kamal Bayatlı sərgi mərkəzində baş tutacaq mərasim üçün artıq yaxınlıqda yerləşən bəzi yollar bağlanıb.
S.Ərdoğanın nikah şahidi Baş nazir Əhməd Davudoğlu, Səlcuk Bayraqdarın nikah şahidi isə Baş Qərargah rəisi general Hulisi Akardır.
Toy mərasimi Türkiyə vaxtı ilə 15:00-da başlayacaq.