Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Tayyar tvitter hesabında paylaşımı ilə böyük səs-küyə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Türkiyənin basketbol üzrə "Fənərbaxça" klubu Avroliganın finalında Rusiyanın "MOİK" klubuna uduzması deputatın qəzəbinə səbəb olub və o "Adam daha bir rus təyyarəsini vurmaq istəyir" tvitini paylaşıb.
Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısını vurması iki ölkə arasında gərginliyə səbəb olmuşdu.
Samir