Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparıb. Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, Putin həmçinin ölkə daxilində mövcud olan aktual məsələləri müzakirə edib.
“İclas iştirakçıları Vyanada baş tutan Azərbacycan və Ermənistan prezidentlərinin görüşü kontekstində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir mübadiləsi aparıblar”, - Peskov deyib.
Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan müzakirələrin detalları barədə başqa məlumat verilməyib.
Peskovun sözlərinə görə, toplantıda həmçinin bu həftə keçirilməsi nəzərdə tutulan Rusiya-АСЕАН sammitinə hazırlıq müzakirə edilib.
Qeyd edək ki, aprel ayının əvvəllərində baş vermiş “4 günlük müharibə”dən sonra ABŞ və Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırıblar. ABŞ-ın dövlət katibi Con Kerri məlum müharibədən sonra Rusiya xarici işlər nazirinə 6 dəfə zəng vuraraq Qarabağ münaqişəsini müzakirə edib.