18 May 2016 13:30
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin məlumatına əsasən Azərbaycanda qadınlara qarşı 2248 zorakılıq halı baş verib. Onların 867-si qısqanclıq, məişət zəminində törədilib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda məişət zorakılığı qadınlara qarşı törədilən cinayətlərin yarısını təşkil edir. “2013-cü ildə 9500 ev təsərrüfatı arasında keçirilən sorğu nəticəsində məlum oldu ki, respondentlərin 8 faizi zorakılığa məruz qalır. Azərbaycanda məişət zorakılığı barədə dəqiq statistika vermək olmur. Bu hallar çox zaman gizli qalır. Çünki qadınlar çox zaman zorakılıqla bağlı aiddiyyatı qurumlara müraciət etmir. BMT-nin hesablamaları göstərir ki, Azərbaycanda qadınların 8%-i zorakılığa məruz qalır, onların da 43. 6%-i ailə zorakılığıdır”.

Taliyə İbrahimova zorakılıq orqanlarının müraciət etdiyi dövlət qurumlarına da toxunub. Bildirib ki, respondentlərin 23%-i bu barədə ilk növbədə ailə üzvlərinə məlumat verir. “Yalnız 16.3%-i hüquq mühafizə orqanlarına müraciət edir.11.8%-i qohumu, dostuna, 2.4%-i psixoloji yardım mərkəzlərinə, 2.1%-i icra hakimiyyəti orqanlıarına,1.5 %-i kənar şəxslərə,1.3%-i uşaq və ailələrə yardım mərkəzlərinə,0.4%%-i QHT-lərə müraciət edir. Bu da məsələdə müəyyən streotiplərin olduğunu göstərir.2006-2015-ci illər ərzində Komitəyə məişət zorakılığı ilə bağlı 1593 şikayət daxil olub. Bu şikayətlər əsasən, təhlükəsizliyin təmin edilməsi, zorakılıq halının təkrarlanması halları, təqsirli şəxsin cəzasının ağırlaşdırılması, zorakılığı törədən şəxsin xəbərdarlığa məhəl qoymaması barədə şikayətlər olur”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər