Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərimlə görüşüb.
"Report" xəbər verir ki, Elmar Məmmədyarov BMT Baş məclisinin 62-ci sessiyasının prezidenti ilə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığının inkişafının perspektivlərini müzakirə edib.
Tərəflər həmçinin Azərbaycanla Makedoniya arasında ikitərəfli münasibətləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər.