Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu gün keçirilən fövqəladə qurultayında partiyanın başqanı və hökumətin baş naziri təsdiqlənəcək.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 40 minə yaxın adamın qatıldığı qurultayda Ərdoğan vida çıxışı edəcək və tək namizəd kimi göstərilən xarici işlər naziri Əhməd Davudoğlu proqramını açıqlayacaq. Qurultayın əsas şüarı “Birlikdə yeni Türkiyə”dir.
Samir