24 Dekabr 2016 13:51
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər diplomatların, dövlət rəsmilərinin öldürülməsi halları tez-tez baş verir.

Teleqraf.com Türkiyənin hurriyet.com.tr saytına istinadən xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlov, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Petr Polsikovun ölümündən sonra bu dəfə NATO-nun baş müfəttişi öldürülüb.

Söhbət NATO-nun baş müfəttişi Yves Chandelondan gedir. Müfəttiş Belçikada avtomobilində başından vurulmuş halda tapılıb.

Qeyd edək ki, Chandelon NATO-da terrorun maliyyələşdirilməsi ilə mübarizə sahəsində çalışıb. Baş müfəttişin meyiti Belçikanın Andenne şəhərində tapılıb. Chandelonun cəsədi iş yerindən 140, evindən isə 100 kilometr uzaqda, avtomobilində başından vurulmuş halda müəyyən edilib. Chandelon cəsədi tapılarkən silahın sağ əlində olması və öz adına qeydə 3 silah olduğu halda yanında başqa bir silahla olması sui-qəsd olduğu iddiasını gücləndirib.

Federal Təhqiqatlar Bürosunun keçmiş tərcüməçisi Sibel Edmonds bildirib ki, Chandelon öləcəyi təqdirdə yayımlanması üçün oğluna bir sıra sənədlər verib. Onun sözlərinə görə, sənədlər artıq polisə göndərilib.

Cavad


Müəllif:

Oxşar xəbərlər